Xəzəryanı ölkələrin yerləşdiyi coğrafi məkanın dünya miqyasında böyük strateji əhəmiyyəti var. Məlum məsələdir ki, zəngin təbii ehtiyatları olan, nəqliyyat-logistika əhəmiyyətli bu zonada müxtəlif maraqlar kəsişir. Bu baxımdan Xəzər sahilindəki ölkələrin əməkdaşlığı olduqca əhəmiyyətlidir.
Bu sahədə çoxillik iş nəticəsində Xəzər hövzəsi ölkələri 6 dəfə Zirvə Toplantısında görüşüblər. Bu görüşlər arasındakı son iki toplantı daha böyük tarixi əhəmiyyət daşıyır. Bundan əvvəl 2018-ci ildə Aktauda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya kimi mühüm sənəd imzalanmışdı. Bunun nəticəsində Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanmışdı.
29 iyun 2022-ci il tarixində Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında qarşılıqlı fəaliyyətə mühüm töhvə olacaq qərarlar qəbul edilib və qarşılıqlı maraqlara söykənən sazişlər imzalanıb. Bu əməkdaşlıq yaxın perspektivdə böyük nəticələr verəcək. Faydalı iqtisadi əməkdaşlıq güclənəcək, yeni investisiya imkanları yaranacaq etibarlı və təhlükəsiz kommunukasiya güclənəcək.
Bu perspektivlərə nəqliyyat-logistuka infrastrukturunun inkişafını da aid etmək olar. Bu tipli infrastruktur inkişafı beynəlxalq yükdaşımanın keyfiyyətini artıracaq, Xəzər dənizini beynəlxalq nəqliyyat qovşağına çevirəcək. Təsadüfi deyil ki, Cənab Prezident toplantıda Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafındakı rolunu, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadə edilməsini xüsusi vurğulamışdır.
Bütün bunlar əməkdaşlığın gücləndirilməsinə, ölkənin iqtisadi gücünü artırmağa yönəlik addımlardır və qısa müddətdə bu əməkdaşlığın faydalarını görmək mümkündür.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir