01 iyul 2022 17:18
710

 Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər

Prezident İlham Əliyevin uğurlu xarici siyasətində Xəzər dənizinin sülh və əmin-amanlıq dənizinə çevrilməsi, burada qoşu ölkələrin dostluq münasibətlərinin möhkəmlənməsi  həmişə priortiet məsələ olmuşdur.  Məhz iyunun 22-də Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında  ölkəmizin başçısının iştirakı və dərin məzmunlu çıxışı bir daha göstərdi ki, Xəzər dənizinin sülh və inkişaf məkanına çevrilməsi istiqamətində fəaliyyəti daha geniş mənada davam edir.

Möhtərəm   Prezidentimiz  toplantıda çıxışı zamanı bir şox vacib məsələlərə toxunub. Xüsusilə  Azərbaycanın Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyət verdiyi açıq şəkildə ifadə edilib. Qeyd edilib ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi nəticəsində bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdən bəhs olunarkən qeyd olunmuşdur ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzər dənizin strateji əhəmiyyət daşıdığı bildirilərək qeyd olunmuşdur ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas inkişaf  istiqamtləri olacaqdır.

Ölkəmizin başçısı Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxşuş yer tutduğumuzu vurğulamışdır: « Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.»

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri