01 iyul 2022 21:36
835

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Prezident İlham Əliyev Zirvə Toplantısında çıxış etmişdir.

Çıxışında Prezident İlham Əliyev, bu gün Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərdiyini, bu marşrutun Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcəyini, nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirərək, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasının müşahidə etdiyini, Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcminin artmasına, bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olduğunu söyləmişdir.

Nəzərinizə çatdırırıq ki, ölkəmizin Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi, Azərbaycanın əsrlərboyu dünya güclərinin xüsusi maraq dairəsində olmuşdur. Həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirmişdir. Hələ 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci il fevralın 9-da Bakıda "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmiş və razılığa gəlinmişdir.

Onu da qeyd edək ki, bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.

Prezident İlham Əliyev çıxışında, Azərbaycanın Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başladığını, Zəngəzur dəhlizi artıq reallığa çevrildiyini söyləmişdir. Bu da onu göstərir ki, yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasından Qarsa qədər dəmir yolu əlaqəsi olacaq və qardaş Türkiyə Respublikası ilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, həmdə regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə xidmət edəcəkdir.

Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri