27 iyun tarixində Polşanın Katovitse Şəhərində Ümumdünya Şəhər Forumunun, “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək “mövzusunda keçirilən 11-ci sessiyada Azərbaycan Prezidenti İlham Əliyev videofarmatda dərin məzmunlu çıxış etdi. İlham Əliyev qeyd etdiyi kimi “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev BMT-nin Azərbaycan hökümətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair Fərman imzalamışdır.
30 il ərzində məcburi köçkünlərimiz öz doğma yurdlarından məhrum edilib. İşğaldan sonra Azərbaycan müasir tarixin iddialı bərpa–yenidənqurma işlərini həyata keçirir. Yenidənqurma prosesində ətraf mühitin qorunmasının prioritetlərimiz sırasında olduğunu bildirən Prezident İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasını önünə çəkmişdir. 30 il ərzində torpaqları işğal altında olan Azərbaycan bu işləri öz maliyyə resursları hesabına aparacaq. Biz ölkə olaraq yenidənqurmadan, şəhər və kəndlərimizin inşasından sonra əldə etdiyimiz uğurlarımızı beynəlxalq ictimaiyyətlə bölüşəcəyik.
Bu işdə vətəndaş olaraq tutduğumuz mövqedən, sahib olduğumuz peşədən asılı olmayaraq hər birimiz möhtərəm Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməliyik.

Ülkər İsmayılova,
Bakı şəhəri, 86 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir