Tarixi missiyanı şərəflə yerinə yetirən orduya malik olan müstəqil Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin 26 İyun - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri zamanı komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışı bir sıra əlamətdar məqamları ilə yadda qaldı.
Cənab Ali Baş komandan qeyd etdi ki, 6 ay öncə Hadrudda istifadəyə verilən birinci komanda hissəsinin açılışından sonra ikinci belə bir komando hərbi hissəsinin yaradılması İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin sürətlə getdiyinin , ərazi bütövlüyünün qorunması üçün dövlətimizin lazımi və gərəkli bütün imkanlara sahib olduğunun və qüdrətinin göstəricisidir.

Güc amilinin ön planda olduğu bir dövrdə beynəlxalq hüququn norma və prinsipləri ilə işlədiklərini deyən heç bir beynəlxalq təşkilat işğalçı Ermənistanın qarşısına sərhəd qoymamış , ondan ədalətin bərqərar olmasını tələb etməmişdir. Lakin müzəffər Azərbaycan xalqı cənab Ali Baş Komandanın-İlham Əliyevin ətrafında sıx birləşərək bu ədalət və sülh savaşından qalib olaraq çıxmağı bacardı. Bütün dünya bir daha tanıdı ki , Qarabağ Azərbaycandır və Azərbaycan xalqı heç bir işğala razı ola bilməz.
Təbii ki , istənilən güclü ordu azad və müstəqil , inkişaf edən iqtisadiyyatın bünövrəsi üzərində formalaşır.Məhz bu iqtisadi müstəqillik müharibəni uğurla , tez və qalibiyyətlə sonlandırmağa şərait yaratdı.
Bu gün təhsil müəssisələrində çalışan hər kəs təsdiq edə bilər ki , Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır. Vətən müharibəsi bütün dünyaya göstərdi ki , gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər milli ruhla , vətən uğrunda canını fəda etməyə qorxmadan ölümə meydan oxudular.
Bu iki amil – güclü ordu və milli ruh , eləcə də müstəqil Azərbayacanın apardığı xarici və daxili siyasət - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Azərbaycan xalqı göstərdi ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən nümunə götürülə biləcək xalqdır.
Nəinki Azərbaycan Respublikasının vətəndaşları , eləcə də bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə artıq qalib xalqın nümayəndələri kimi yaşayırlar.
Bu gün Azərbaycan Ordusu həm təchizat , həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən güclü ordulardan biridir. Azərbaycanın bütün sərhədləri ,eləcə də Ermənistanla olan sərhəd daim qorunub və qorunacaq da. “Dəmir yumruq” yerindədir, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim Azərbaycanın qarşısında dura bilməz.
Quruculuq işləri gedən Kəlbcərdə infrastruktur yenidən qurulur, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi işlərinə start verilir. Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüzün daim möhkəm olmalı olduğunu bildirən cənab Prezident bir daha onu vurğulamaq istədi ki , bu torpaqların sahibi məhz bizlərik!
Heç bir qüvvə Azərbaycan xalqının müstəqilliyinə və Azərbaycan torpaqlarının bütövlüyünə xələl gətirə bilməz!
Qarat Qaratov,
Bakı şəhəri, Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir