01 iyul 2022 14:15
706

Qarabağ yaxın gələcəkdə turizm mərkəzinə çevriləcək

Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərini xalqımız hər zaman böyük maraqla izləyir. Cünki Prezidentin heç bir səfəri təsadüfi xarakter daşımır. Prezident səfərləri ilə həm tarix yazır, həm də tarixi günlərə böyük sayğı göstərir. Möhtərəm Prezidentimiz öz ad gününü, 60 illik yubileyini Qarabağın tacı Şuşada qeyd etməklə bütün dünyaya Şuşanın onun üçün nə qədər əziz və qiymətsiz olduğu barədə mesaj verdi.

26 iyun Silahlı Qüvvələr Gününün Qarabağın təbiət incisi, təkrarsız gözəlliyə sahib Kəlbəcərdə qeyd olunması isə müzəffər Ali Baş Komandanın Azərbaycan əsgərinə göstərdiyi böyük qayğdan xəbər verirdi.

Bir əsgər üçün bundan böyük nə hədiyyə ola bilərdi? Onun Ali Baş Komandanı onunla görüşə gəlmişdi, onunla bir süfrə arxasında oturub çörək kəsirdi. Bu həm rəmzi, həm də həqiqi mənası hələ sonadək dərk etmədiyimiz bir addımdır. Prezident Kəlbəcərdə hərbi hissə açırdı. Kəlbəcər düşmən üçün alınmaz qala, keçilməz sədd olacaq. Cənab Prezidentin Kəlbəcərə səfəri Silahlı Qüvvələr Günündə bu torpaqda şəhid olmuş insanların xatirəsinə dərin ehtiram demək idi.

Kəlbəcərə səfər tarixə hörmətlə yanaşı, həm də gələcəyə böyük ümidlər deməkdir. Cənab Prezidentin şəhid qanı ilə sulanmış Qarabaq torpağının dirçəlməsi, müharibənin vurduğu yaraların sağalması, erməni vandallarının törəkdikləri vəhşiliklərin  cənnətlə əvəz olunması üçün gördüyü işlər insanı riqqətə gətirir, bu yerlərin sakinlərinin öz yurd-yuvalarını tezliklə qayıdacaqlarına böyük ümid yaradır.

Prezidentin rəhbərliyi ilə Kəlbəcərdə görülən işlərə tamaşa etdikcə Qafqazın İsveçrəsi sayılan bu torpağın keçmiş şöhrətinin nəinki özünə qayıdacağına onun yaxın gələcəkdə turizminin mərkəzinə çevriləcəyinə inanırsan. Bunun üçün nələr görülmür?

Prezident İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlini qoydu.

O həmçinin Laçında “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış oldu. Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olan Prezidentə baxdıqca ürəyim fəxarətlə döyünürdü: Yolunuz açıq olsun, cənab Prezident!

Arzu Quliyeva, 
Heydər Əliyev adina liseyin müəlliməsi,
YAP Xətai rayon təşkilatı, "N.Əliyev 50" ərazi partiya təşkilatinin sədri