01 iyul 2022 13:23
841

Azərbaycan xalqı müzəffər xalq, qalib ölkə kimi öz ordusuna inanır, onun gücünə güvənir

İyunun 26-da Kəlbəcərdə komando hərbi hissəsinin açılış mərasimi təşkil olunub.  Bu, onu sübut edir ki, ordumuzun ona həvalə edilmiş bütün vəzifələri yerinə yetirmək, ən başlıcası isə ərazi bütövlüyünü qorumaq, ölkəmizi müdafiə etmək üçün hər cür imkanları var. Bu gün Azəbaycan əsgəri Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiyə etdiyini bütün dünyaya sübut edib və edir. Ona görə də, Azərbaycan xalqı müzəffər xalq, qalib ölkə kimi öz ordusuna inanır, onun gücünə güvənir.

Bu gün Azərbaycan gəncliyi də vətənpərvərdir. Birliyimiz isə bütün dünyaya sübut olunub. İgid oğlanlarımız Vətən sevgisini canları ilə sübut ediblər və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağı işğaldan azad ediblər. Bəli, atalarımızı, oğullarımızı itirmişik, lakin onların adları Azərbaycan tarixinə əbədi həkk olunub və ölkəmizin hər yerində onlar böyük ehtiramla yad edilir.

Bu gün Qarabağda bərpa işləri intensiv şəkildə aparılır.  Evlər, məscidlər, kilsələr, məktəblər bərpa olunur və əminəm ki, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımız da tezliklə öz evlərinə qayıdacaqlar.

Regina Kovalyova,
Milli Qəhrəman Yuriy Kovalyovun qızı