Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib və rayonda görülmüş işlərlə tanış olub.
Qeyd edək ki, Kəlbəcər rayonu 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Kəlbəcər çoxları üçün unudulmaz yerlərdən sayılır. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan “İstisu”dur. İllərdir Kəlbəcər “İstisu” kompleksinin erməni işğalçılarının əsarətində qalması Azərbaycan dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurub.
Onu da əlavə edək ki, Kəlbəcərin İstisu kəndində yerləşən, məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. Lakin işğal dövründə yararsız hala salınan sanatoriya artıq yeni simada tam bərpası üçün təməli qoyulub. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.
Minlərlə azərbaycanlı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə gedirlər. İllərin Vətən həsrətindən sonra Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki həsrət ağırlığını üzərindən atmağa çalışırlar. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, işğaldan azad olunmuş torpaqlar necə bərpa olunur, dirçəlir. Bir daha şahidi olur ki, 44 günlük haqq savaşımızda zəfər qazanaraq geri alınan Kəlbəcərdə indi Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə sürətlə bərpa işləri aparılır.
Vitaliy Kovalyov,
Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin rəhbəri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir