Dayanıqlı inkişafın təmin olunmasında mühüm amillərdən biri kimi dayanıqlı inkişafın təkmilləşdirilməsi, davamlı və uzunmüddətli proses olmasının təmin edilməsini qeyd etmək olar. Dayanıqlı inkişafın təmin edilməsi birdən və radikal qərarların qəbul edilməsi ilə yox, təkmilləşmə prosesi keçməklə mümkün olur. Belə ki, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı inkişaf düşüncəsini mənimsəmiş cəmiyyətin formalaşdırılması, iqtisadi resurslardan istifadədə səmərəli sistemlərin tətbiq edilməsi, alterantiv enerji mənbələrindən istifadənin geniş yayılması kimi amillər təkamül yolu ilə mümkündür. Burada qarşıya çıxan bir məsələ kimi də təkamül yolu ilə formalaşan dayanıqlı cəmiyyətin davamlılığının təmin edilməsidir. Dayanıqlı inkişaf prosesinin davamlılığının təmin edilməsi üçün başlıca amillərdən biri kimi ayrı-ayrılıqda fərdlər və cəmiyyətdə bu düşüncənin formalaşdırılmasıdır. Bu baxımdan təhsil qurumları, qeyri-hökumət təşkilatları, ictimai qurumlar, ailə institutları və mətbuat qarşılıqlı işləyərək cəmiyyətdə ekoloji problemlərə və sosial təzadlara qarşı həssas yanaşma düşüncəsini formalaşdırmalıdır. Bu amilin uğurlu şəkildə həyata keçirilməsi üçün könüllülük prinsipinin həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi zəfərlə tarixi ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib, nəticədə ölkəmizin dayanıqlı inkişafı üçün yeni imkanlar yaranıb. Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə başlanılıb. Qısa müddət keçməsinə baxmayaraq, görülən işlərin həcminə, nəhəng layihələrə, hava limanlarına, strateji əhəmiyyətli magistral yollara, bərpa-quruculuq işlərinə diqqət yetirdikdə, prosesin çox intensiv şəkildə aparıldığını görərik. İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərin yeni baş planları əsasında quruculuq-abadlıq işləri sürətlə irəliləyir. Ərazidə elektrik, qaz, su, kanalizasiya sistemləri bərpa olunub. Eyni zamanda ərazidə sosial infrastrukturun, o cümlədən, təhsil və səhiyyənin inkişafı göz önündədir. Məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı da prioritetlər arasındadır. Həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılır. Bunun üçün azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilir, müasir infrastruktur qurulur, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq təmin olunur. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq.
İşğaldan azad olunmuş ərazilərimizin zəngin resursları dayanıqlı inkişafa töhfə verir və bu resurslardan səmərəli istifadə olunur. Həyata keçirilən layihələr Qarabağın inkişafında kifayət qədər əhəmiyyətli rol oynayacaq və bölgənin ekoloji sağlamlığına təkan verəcək. Sahibkarlarımızın bu layihələrə marağı və fəal iştirakı onların rəqabət qabiliyyətliliyinin artmasına, xarici iqtisadi fəaliyyətlərinin genişlənməsinə töhfə verə bilər.
İşğaldan azad edilmiş ərazilərimiz yerli və xarici investorların da marağını cəlb edir Hazırda bölgədə bir sıra əhəmiyyətli sərmayələrə söykənən təkliflər alınıb ki, bu da olduqca vacibdir. Çünki işğaldan azad edilmiş ərazilərimizin bərpası və ölkənin yeni inkişaf strategiyası böyük həcmli maliyyələşmə tələb edir. İqtisadi quruculuq üçün investisiyaların cəlb edilməsi getdikcə daha da aktuallaşacaq.
Bölgədə sahibkarlıq fəaliyyətinin cəlbediciliyini təmin etmək məqsədilə dövlət başçısının müvafiq sərəncamı əsasında işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi üçün güzəştlərin tətbiqi nəzərdə tutulur.
Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda dayanıqlı inkişafı sürətləndirəcəkdir.
Sevinc Əzimova,
55 saylı tam orta məktəbin İnformatika müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir