26 iyun Silahlı Qüvvələr Günü...Qalıb xalqın Müzəffər ordusunun günü...Məhz bu gündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev öz ordusunun,əsgərinin yanında oldu. Ali Baş Komandan iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri zamanı komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edərək hərbiçiləri təbrik etmişdir.
2021-ci il dekabrın 21-də ilk komando hərbi hissəsi işğaldan azad olunmuş Hadrutda istifadəyə verilmişdir.Yeni yaradılmış komando qüvvələrinin yeni hərbi hissəsi Ordu günündə Kəlbəcərdə açıldı və Ali Baş Komandan döyüş bayrağını hərbi hissəyə təqdim etdi. Hərbi hissələrin açılışı onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir,müasir tələblərə cavab verən silah-sursat,texnikalar alınır.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışın da iştirak etmış,Kəlbəcər-Laçın avtomobil yolunun inşası işlərlə tanış olmuşdur. Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bütün quruculuq işləri Azərbaycan dövlətinin gücünü,Prezident İlham Əliyevin siyasi iradəsini və xalqımızın qüdrətini göstərir,onun nəzarəti və rəhbərliyi ilə həyata keçirilən bərpa strategiyası işğaldan azad olunan ərazilərin regionun ən inkişaf etmiş zonasına çevriləcəyinə, iqtisadi canlanmanın sürətlənməsinə tam əminlik yaradır.Həyata keçirilən layihələr bu əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya tanıtdıracaq.
Nərmin Əhmədova,
M.Hacıyev adına 116 №li tam orta məktəbin müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir