“Biz Qarabağın hər güşəsini cənnətə çevirəcəyik”. Prezident İlham Əliyevin bu sözlərinin təzahürü kimi Kəlbəcər rayonuna olan son səfər və bu səfərdə görülən işləri misal çəkə bilərik. Relyefi, iqlimi və florası baxımından bu bölgənin yenidən qurulması çox çətindir, lakin bu ərazilərin inkişafı üçün konsepsiyalar artıq hazırlanıb və işlərin icra prosesi start götürüb.
1928-ci ildə məşhur “İstisu” bulağı ətrafında salınan eyniadlı sanatoriyanın işğal dönəmindən sonra yenidən qurulmasının təməlqoyma mərasimində Prezident İlham Əliyevin çıxışında yer alan məsələlər daha çox Kəlbəcər və ətraf rayonların kənd və qəsəbələrinin, yollarının təmiri ilə bağlıdır. Rayonun enerji ehtiyatları, infrastruktur və yol şəbəkəsinin yenidən qurulmasına start verilməsi ilə bu ərazilərin canlanması prosesi yeni mərhələyə qədəm qoyacaq.
26 İyun - Silahlı Qüvvələr Günündə hərbi-strateji cəhətdən çox vacib rayonlarımızdan olan Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışı və Prezident İlham Əliyevin təntənəli mərasimdəki çıxışı yaddaşlarda unudulmaz izlər buraxdı. Qalib ordumuzun müzəffər əsgərlərinin bu şərəfli yolda inamla və şərəflə irəliləməsini qeyd edən Ali Baş Komandan əlavə edib ki, Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi və şərəfli missiyanı yerinə yetirib!
Həqiqətən də, Azərbaycan xalqı bir qarış torpağını belə heç kimə güzəştə getmək niyyətində olmayıb və olmayacaq!
Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan!
Mais Günəşli,
Yeni Azərbaycan Partiyasının fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir