Əsas vəzifə dağıdılmış ərazilərimizi bərpa etmək və yurdundan didərgin düşmüş insanların məskunlaşmasını təmin etməkdir
Dünyada hökm sürən qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: respublikamızda insan amilinə mühüm önəm verilir, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir. Bu proqramlardan biri də şəhərlərin inkişafı ilə bağlıdır.
Azərbaycanda kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə bir vaxtlar neft tullantıları içərisində boğulan Bakıətrafı yaşayış sahələrində də özünü qabarıq büruzə verir. Paytaxtkənarı rayonlarda sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır.
Qədimliyi və müasirliyi ilə diqqət çəkən Bakı bu gün çox sürətlə inkişaf edir, modernləşir. Şəhər xarici turistlər üçün maraqlı və cəlbedici bir paytaxt kimi tanınır. Bakının tarixi-memarlıq abidələri ilə zəngin olan hissəsi ilə yanaşı, müasir məkanları da bura gələn əcnəbi qonaqların marağına səbəb olur. Şəhərdə müxtəlif bədii sərgilərin, müasir görməli yerlərin mövcudluğu paytaxtımızın görünüşünə xüsusi rəng qatır.
Son illər Bakı çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq, beynəlxalq humanitar forumları, musiqi festivalları paytaxtımızı artıq geniş coğrafiyada tanıdıb. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin həcmi də artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, şəhərin qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar.
Bakı bu iki anlayışı özündə birləşdirir: həm qədim tarix, həm də ki, müasirlik. Bakıdan başqa respublikamızda digər rayon və şəhərlərdə də mütamadi olaraq quruculuq işləri həyata keçirilir. Regionlarda edilən dəyişikliklər ölkəmizə daha da gözəllik qatır. İşğaldan azad edilimiş şəhər və kəndlərimizdə bərpa işləri aparılır. Vəhşi ermənilər dədə-baba yurdumuzda daşı daş üstündə saxlamayıblar. Bütün tikililər dağıdılıb, məhv edilib.
Müzzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün əzəli torpaqlarımıza qayıtmışıq. Bundan sonrakı vəzifəmiz dağıdılmış ərazilərimizi bərpa etmək, 30 il öz ata yurdundan didərgin düşmüş insanların həmin ərazilərimizdə yaşayışını təmin etməkdir. Ermənistanın 30 il ərzində törətdikləri vəhşiliklərə baxmayaraq ölkəmiz hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır. Münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması yolunda addımlar atılmaqda davam edir. Vandal Ermənistanın hərbi cinayətləri özünü hələdə göstərir minalanmış ərazilər çoxdur və bu bizim qayıdışımızı ləngitməklə yanaşı bir neçə vətəndaşımızın helak olmasına da səbəb olub. Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, əzmi sayəsində bu problemlərin həlli istiqamətində uzaqgörən addımlar atılır və atılacaqdır. Əminəm ki, müstəqil Azərbaycanımız dünyanın ən gözəl ölkələrindən birinə çeviriləcəkdir.
Günel Əbdurrəhmanova,
Yeni Azərbaycan Partiyasının fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir