Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfər edib və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açılışı onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrimizlə fəxr edir. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə, hərbi hissələrdə, səngərlərdə,hərbi paradlarda hər zaman vurğulanırdı ki, biz öz doğma torpaqlarımızı qaytaracağıq. Ali Baş Komandanımız hər zaman deyirdi ki, “Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.”
Vətən müharibəsi xalqımızın böyüklüyünü, yenilməz ruhunu göstərdi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.Biz istəmişik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Biz istəmirdik ki, qan tökülsün. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirdi.
Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik və biz bunu etdik. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Cəmi 44 gün ərzində Rəşadətli Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq düşməni diz çökdürdü.
Tezliklə Kəlbəcər rayonu işğaldan azad olunmuş digər rayonlar kimi Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövləti tərəfindən bütün standartlara cavab verən, müasir kommunikasiyalarla təchiz olunan füsunkar turizm zonasına çevriləcək.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir