Paulo Dibala “Yuventus”dan rəsmən ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisi argentinalı hücumçuya xidmətlərinə görə təşəkkür edib. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatırdı.
Qeyri-rəsmi xəbərlərə görə, 28 yaşlı oyunçu karyerasını İtaliyanın başqa bir təmsilçisi “İnter”də davam etdirəcək.
Dibala 2015-ci ildən “Yuventus”da çıxış edirdi.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib