Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək, Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yerüzündən silmişdir. Hətta əcnəbi mütəxəssislər Ağdam şəhərini Qafqazın Xirosiması adlanırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdir. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağı altından azad edilmiş, regionda 30 ildən sonra ilk tikinti-bərpa-quruculuq işlərinə başlanmışdır. İqtisadiyyatın canlanması regionun inkişaf yoluna qədəm qoyması yaşayış şəraitinin əlverişliliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirilmişdir. Eləcə də, yenidənqurma işlərinə dünyanın prestijli şirkətləri və müasir texnologiyası cəlb olunmuşdur. Azərbaycanın qarşısındakı əsas məqsədlərinə bu ərazilərin dünyaya inteqrasiyasını və turizm imkanlarının genişləndirilməsi də daxildir. Bu məqsədlə atılan addımlardan Türk xalqlarını və Naxçıvanla quru yolunu birləşdirmək məqsədilə Zəngəzur dəhlizinin açılması, beynəlxalq havayollarının tikilməsi, Zəfər yolunun bərpası, Horadiz-Ağbənd dəmiryolunun inşası, enerji stansiyalarının yaradılması, ağıllı kəndlərin əsasının qoyulmasını və digər işlərdən danışmaq mümkündür.
“2030-cu ilə qədər “Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərimiz üçün daha yaxşı gələcəyimiz təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunu yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab edilən Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyi ahəngliyini özündə birləşdirir”.
Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən Müharibəsindən sonra dayanıqlı şəhər inkişafı yönündə müasir şəhər planlaşdırması həyata keçirir. Planlaşdırmada qarşıya qoyulan əsas məqsəd “Yaşıl enerji” və “Sıfır tullantı” konsepsiyalarını tətbiq etməkdir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Formunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzüsunda öz çıxışında bildirib: “Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkmiş və doğma yurdlarından məhrum edilmişdir. İndi həmin məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılır. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bundan əlavə Füzuli şəhərində 8 ay ərzində Beynəlxalq Havalimanı tikildi. Hazırda Zəngilan və Laçın rayonlarında da 2 havalimanının tikintisi davam edir. Demək olar ki, işğalda azad edilmiş şəhərlərimizin başplanı artıq hazırdır. Və bütün bu işlər Azərbaycanının öz maliyyə resursları hesabına aparılır”.
Ümid edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, düşmən tərəfindən viran edilmiş doğma torpaqlarımızda aparılan quruculuq işlərinin nəticəsi ilə işğaldan azad olunmuş torpaqlarımız daha da gözəlləşib canlanacaq. Öz doğma torpaqlarına qayıdan rayon əhalisinin rifahının daha da yaxşılaşdırılması təmin ediləcəkdir.
Vüsalə Qaraşova,
Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli Tarix-diyarşünaslıq Muzeyinin Fond mühafizi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir