44 gün davam edən Vətən müharibəsi böyük qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Tarix yazan qəhrəman ordumuz əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsil döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq. Vətən sevgisi ilə ürəyi dolu olan övladları 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi ,vətən sevgimizi göstərdik. 2020- ci il 27 sentyabrda ikinci Qarabağ müharibəsi başladı. 2020- ci il noyabrın 10 başa çatan müharibə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.
Xalq öz prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addımda geri çəkilməyib. Ermənistandan fərqli olaraq Azərbaycan heç kimdən kömək istəmədi. Yalnız öz gücünə arxalandı. Xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarının etiva etməsidir. İndi artıq qalib xalqıq. Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı ,döyüş meydanında olduğu kimi , diplomatiya arenasında da qalib gəldi .
Azərbaycan tarixinə şanlı səhifə yazıldı. Və bütün dünya gördü ki, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən lideri var və xalq – lider vəhdəti Azərbaycanın xöşbəxt gələcəyinin qarantıdır.
Biz bir daha şahidi olduq ki, tarix heç vaxt funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur. Biz həm də Azərbaycan xalqını Ümummilli Lideri Heydər Əliyev arzusunun ,onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. Artıq Azərbaycan tarixində yeni dövr başlayır. Ölkəmiz regionda əsil söz sahibinə çevrilib. Artıq tariximizdə yeni bir səhifə açılıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq və bərpa işləri bu səhifənin əsas mövzularından birinə çevrilib.
Yüksək səviyyədə davam edən yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Dövlətimizin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.
Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə, eləcə də bizim rayonun ərazisində görülən işlər qəti əminlik yaradır ki, tezliklə kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq və bərpa olunacaq. Bir təhsil işçısı olaraq mən də yenidən doğma Füzuli şəhərində və işğaldan azad edilmiş digər kəndlərimizdə işləmək arzusundayam. Çünki, ölkə başçımız Prezident İlham Əliyev bu ərazilərdə bizim rahat yaşamağımız və işləməyimiz üçün gözəl şərait yaradır.
Sahirə Məmmədova,
Füzuli rayon 27 № li tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir