Şəhərsalma və bərpa işləri zamanı bir sıra prinsiplərin nəzərə alınması mütləqdir. Burada şəhərsalma zamanı ənənəçiliyin qorunması, tarixilik və müasirliyin vəhdəti, bərpa işlərinə yerli və xarici investitorların cəlb olunması və s. prinsiplər əsas götürülməlidir. Digər əsas məsələ də bu işləri həyata keçirərkən insan amilini nəzərə almaqdır. Azərbaycanın qədim tikililəri ilə məşhur olan paytaxtına baxsaq, bu prinsiplərin nəzərə alındığını görə bilərik. Bakı dünyada az saylı tarixi şəhərlərdəndir ki, şəhərdəki tarixi binaların, abidələrin bərpası zamanı şəhərin tarixi görünüşünə heç bir zərər verilməyib. Bununla bərabər şəhərdə tikilən müasir binalar dünya memarlığında xüsusi diqqət çəkir. Hələ illər öncə paytaxtda Heydər Əliyev Mərkəzi inşa olunarkən bu tikili ən məşhur mətbu orqanlarda dünyanın ən gözəl 10 binasından biri kimi təqdim olunub. Bakı şəhərsalmasında çox xüsusi bir harmoniya var. Məsələn, tarixi İçərişəhərdən çıxıb müasir bulvara keçmək olar. Bu sanki keçmişdən bu günə keçiddir, səyahətdir.
Son illər Azərbaycanda yenidənqurma işləri o qədər sürətlə aparılır ki, artıq paytaxtdan uzaqda yerləşən şəhərlərdə belə quruculuq işləri paytaxtla eyni səviyyədədir. Bunun səbəbi bu sahə bütün fəaliyyət prosesində işlər Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə gedir. Bərpa zamanı insanların iş imkanları, məşğulluq məsələləri, urbanizasiya, ekoloji məsələlər, təhlükəsizlik, inkluzivlik nəzərə alınır.
Burada yekun məqsəd birdir: Azərbaycan insanına daha ləyaqətli yaşam bəxş etmək!
Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir