Azərbaycanın siyasi gedişləri dövlətlərə və xalqlara hörmət, sağlam münasibətləri dəyərləndirmək və inkişaf etdirmək, sülhü, əminamanlığı təmin etmək üzərində qurulub və bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Azərbaycan dövlətinin BMT, ATƏT, İslam əməkdaşlığı Təşkilatı, Türk dövlətləri Təşkilatı MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlığı və münasibətlərimizin ildən - ilə yaxşılaşması daha böyük uğurlarımıza yollar açır. Bu baxımdan Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi çox vacibdir.
İndiki şəraitdə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı inkişaf etdirmək, investisiya mühitini yaxşılaşdırmaq, etibarlı və təhlükəsiz kommunikasiyalar qurmaq, bağlanmış müqavilələrin şərtlərinə əməl etmək hər bir dövlətin xeyrinədir və insanların rahat həyatına xidmətdir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bu məsələlərin həlli diqqət mərkəzində olmuş və dövlət rəhbərləri öz çıxışlarında xəzəryanı ölkələr arasında əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə, əlaqələrin genişləndirilməsinə böyük önəm vermişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirmişdir ki, “bizim qarşılıqlı fəaliyyətmizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir - birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir”.
Ölkəmizin başçısı “Şərq - Qərb” və “Şimal - Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafından, Transxəzər beynəlxalq nəqliyyat marşurutunun əhəmiyyətindən söz açmaqla bərabər diqqəti Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağda və Şərqi Zəngəzurda görülən işlərə yönəltmiş, qeyd etmişdir ki, ölkədə nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməkdədir və Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Xəzər dənizinin sülh və təhlükəsizlik dənizinə çevrilməsi üçün əlbəttə ki, Xəzəryanı ölkələrin birliyi və sıx əməkdaşlığı lazımdır. Bu Zirvə toplantısında dəfələrlə səsləndirildi və ümid etmək olar ki, dövlətlərin səyi və mehriban münasibətləri nəticəsində həqiqətən də Xəzər sülh dənizinə çevriləcəkdir. Xəzər dənizinin imkanlarından səmərəli istifadə edilməsi həm iqtisadiyyatın inkişafı, həm də təhlükəsizliyin və birliyin təmin edilməsi baxımından ölkələrə uğurlar gətirə bilər.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir