26-30 iyunun tarixlərində Polşa Respublikasının Katovitse şəhərində keçirilən “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci Ümumdünya Şəhər Forumu (WUF11) keçirilib. Forum ilk dəfədir ki, Mərkəzi Avropada təşkil edilir. Adı çəkilən nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafı, şəhərlərin yaşıllaşması, dayanıqlığının yüksəldilməsi, şəhər iqtisadiyyatının müzakirələrinə həsr olunub.
Forumda müzakirə ediləcək vacib məsələlərdən biri də məhz müharibə sonrası yaşayış məntəqələrinin bərpası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XI sessiyada videoformatda çıxış edib.
Dövlət başçısı çıxışı zamanı son zamanlar xüsusi aktuallığı ilə seçilən mövzu olan Qarabağın minalardan təmizlənməsi, bərpa-quruculuq işləri və oraya həyatın qaytarılması barədə danışıb. Bugün bu möhtəşəm layihənin reallaşmasında Azərbaycan heç bir yardım almadan, öz büdcə hesabına keçirməsi dövlətimizin düzgün siyasi və iqtisadi yolda olmasının ən böyük nümunəsidir.
30 il ərzində erməni hərbi quldurlarının Qarabağı mina məzarlığına çevirməsi bərpa-quruculuq işlərini ciddi şəkildə ləngidir. Buna baxmayaraq yaxın zamanlarda Böyük Qayıdışın olması planlaşdırılır.
Şəhərlərin planlarının hazırlanması, şəhər, qəsəbə və kəndlərin bərpası ilə bağlı qarşıda duran əsas hədəflər forum iştirakçılarının diqqətinə çatdırılmışdır. Əslində olan Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və tikinti layihələri zəfərimizin davamı kimi qiymətləndirilməlidir. Beləliklə müharibədən yeni çıxan dövlətimizin gücü dünyaya nümayiş etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışının sonunda Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu və buna hazır olduğunu bildirib.
BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif qurumun Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına UN HABITAT-a göstərilən diqqətə və təşkilata 1,5 milyon ABŞ dolları həcmində yardımın ayrılmasına görə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, sentyabr ayında Azərbaycanda keçiriləcək Milli Şəhər Forumu gələcək əməkdaşlığın perspektivlərini müzakirə etməyə şərait yaradacaq.
Görüşdə həmçinin Azərbaycan Prezidenti Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, işğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.
Həqiqət Həmzəyeva
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir