30 iyun 2022 11:10
1182

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi sürətlənir

30 ilə yaxın bir müddətdə düşmən işğalında olan  Azərbaycan mədəniyyətinin mərkəzi Şuşa şəhəri  başda olmaqla,  digər ətraf rayonlarda da  əsl barbarlıq nümunələrinin şahidi olduq.  Bu hadisələri  nə  tarix, nə də Azərbaycan xalqı heç zaman unutmayacaqdır.  İnsanlıqdan kənar olan bu mədəniyyət  qatilləri-  ermənilər,  mədəni irsimizə  ziyan vurmaqla  özlərinin nə qədər qəddar, şovinist,  heç bir milli, mənəvi və  dini dəyərlər tanımayan və dünya insanlığına ləkə gətirəcək çirkin əməllər sahibi olduqlarını bir daha bəşəriyyətə nümayiş etdirmiş oldular.  Onlar bir xalqın mədəni irsini məhv etməklə, bu abidələri dünya tarixindən silmək  və əvəzində saxta erməni tarixini və mədəniyyətini dünyaya sırımaqdan belə çəkinmədilər.  Ancaq el misalı var: “Yalançıçın evi yandı, heç kim ona inanmadı” prinsiplərini əsas götürən dünya  bu yalanıda qəbul etmədi və ermənilər düşdükləri bu rəzil durumdan da çıxa bilmədilər. Ona görə çıxa bilmədilər ki, 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinə ancaq  yalanlar uydurub təxribat xarakterli materiallar yaymaqla,  ictimai fikri yayındırmaqla  nə qədər antoqanis t bir mövqedə olduqlarını  bir daha sübut etmiş oldular.
Ancaq  tarixi ədalət və qəhrəman Azərbaycan oğulları,  başda cənab   Prezident  İlham Əliyev olmaqla öz sözünü  dedi.  44 günlük Vətən savaşında düşmənə elə bir göz dağı verdik ki, çətin düşmən  birdə özünə  gələ bilsin.  Qısa bir müddətdə sübut etdik ki, erməni ordusu mifdən başqa bir şey deyildir. Bütün bu sadalanan uğurların arxasında  Prezident-Xalq,  Xalq-Prezident  birliyi  dayanır. 
Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz uzun illər  ərzində Ermənistan işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edimişdir. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə  Zəngilan rayonunun  Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri  doğma torpaqlarına məskunlaşmağa başlamışlar. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilmişdir.  Apardığımız planlı iş nəinki Ağalı və ətraf kəndləri,  ümumilikdə işğaldan zərər çəkmiş bütün ərazilərdə  məqsədyönlü şəkildə həyata keçirilməkdədir. Azad olunmuş  ərazilərdə xarici mütəxəssisləri cəlb etməklə və yerli mütəxəssislərin rəyi nəzərə alınmaqla şəhər və rayonların baş planları hazırlanaraq  ölkə başçısına təqdim edilmişdir.
Cari ilin 27 iyun tarixində  keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərimizi dəyişdirək” adlı  11-ci sesiyasında  Prezident İlham Əliyevin də dediyi kimi:” Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş  Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanı inşa edib.  İşğaldan azad olunmuş  Zəngilan və Laçın rayonlarında  hazırda daha iki hava limanının tikintisi davam edir.  Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı  onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ  bölgəsinin sənaye  mərkəzinə çevriləcək  Ağdamda on minlərlə  sakin üçün nəzərdə tutulmuş  tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası  və park şəhərinə çevrilməsi  baxışı ilə inşa edilir. Yeni şəhərlərdə,  kəndlərdə  yaşamaq və işləmək şəraiti vəhdət  təşkil edəcək. Məqsədimiz  Dayanıqlı İnkişaf Məqsədlərinə  uyğun olaraq  inkluziv,  təhlükəsiz,  dözümlü  və dayanıqlı şəhər və kəndlərin inşasıdır.  Bütün bu işlər Azərbaycanın  öz maliyyə resursları hesabına aparılır. Azad edilmiş  ərazilərdə  yenidən qurma sahəsində  ölkəmizlə həmrəylik və beynəlxalq dəstək  mühüm əhəmiyyətə malikdir.  Bu,  Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı  ilə bağlı inamımızı gücləndirəcək.  Artıq Birləşmiş Millətlər Təşkilatı , Dünya  Bankı  və Avropa İttifaqı  ilə birlikdə  işğaldan azad olunan  üç rayonumuzda  bərpa və yenidənqurma  ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib” .
Bəli, budur   Prezident İlham Əliyevin uğurlu siyasətinin bəhrəsi. Artıq zaman Azərbaycanın xeyirinə işləyir. Çalışmalıyıq ki, bütün imkanları səfərbər edib qarşıya qoyulan hədəflərə tez çataq ki,  uzun illərdir  respublikamızın demək olar ki, bütün bölgələrində məskunlaşmış məcburi köçkün ailələrini tez bir zamanda öz doğma yurdlarına  qovuşduraq.  O insanlar ki,  bu qayıdışın həsrətini illərdir gözləyir.  Yurda qayıdışdan sonra Azərbaycanın yeni çiçəklənmə dövrü başlayacaqdır. İnfrastrukturun yenidən qurulması,  yeni şəhər planlanması, sənaye parkların tam gücü ilə işləməsi  həm əhalinin güzaranını  yaxşılaşdıracaq, həm də bölgənin inkişafını sürətləndirəcəkdir. İşğaldan azad edilmiş  ərazilərin böyük əksəriyyətinin turizm potensialı olduqca  güclüdür. Kəlbəcər rayonu başda olmaqla, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının potensialından istifadə etməklə,  bölgəni turizm mərkəzinə çevirmək olar. Bu həm bölgənin inkişafına, məşğulluq problemin  həll olunmasına ,  həm xarici investorların cəlb edilməsinə, həmçinin də  xarici turist axınına səbəb olacaqdır. Bütün bu sadalanan işlərin həyata keçirilməsidən həm xarici investorlar, həmdə    Azərbaycan dövləti və Azərbaycan xalqı yararlanacaqdır. 
Bütün bu komleks tədbirlərin həyata keçirilməsi üçün güclü iqtisadityyat lazımdır. Sevindirici haldır ki,  bütün bu sözügedən layihələr Azərbaycan dövlətinin maliyyə resursları hesabına həyata keçirilir.  İqtisadi imkanlarımız imkan verir ki, yaxın zamanlarda  bütün layihələri  həyata keçirə bilək.  Bunun üçün  hər bir azərbaycanlı səylə çalışmalı və işləməlidir ki, Azərbaycan dövləti dahada yaxşı inkişaf etsin və rasional hədəflərə  tez çatmış olsun.

                                                                           Mürvət İbrahimov, 

Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi