Dağlar diyarı Yardımlıda yeniyetmələri idmana cəlb etmək üçün rayon Gənclər və İdman idarəsi tərəfindən tez-tez müxtəlif səpkili yarışlar təşkil olunur. Bu günlər şəhər 1 saylı tam orta məktəbdə şagirdlər arasında baş tutan Güllə atıcılığı üzrə rayon birinciliyi bu məqsəddən irəli gəlirdi. Gərgin və maraqlı keçən yarış iştirakçıların yaddaşına yazıldı.
Onun qaliblərinə gəldikdə isə bütün hədəfləri dəqiq nişan alan şəhər 2 saylı tam orta məktəbin şagirdi Məhəmməd İbişli I yeri qazandı. 1 saylı tam orta məktəbin şagirdi Əli Ağayev yarışın ikincisi oldu. Üçüncü yerə də elə həmin məktəbin şagirdi Xanım Babazadə layiq görüldü.
Yarışın qalibləri qazanılan yerlərə görə Yardımlı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif edildilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib