29 iyun 2022 11:27
796

Lukaku "İnter"lə müqavilə bağlamaq üçün İtaliyaya gəlib

Belçika milliisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku "İnter"ə keçidini tamamlamaq üçün İtaliyaya uçub.

"İki sahil"in məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi 1 illik icarə müqaviləsinə imza atacaq.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən mövsümün əvvəlində məhz "İnter"dən keçmişdi.