"Fənərbağça" Türkiyə millisinin və "Karagümrük"ün futbolçusu Emre Morla anlaşıb.
"İki sahil"in məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yanaşı, klubu ilə də razılıq əldə olunub.
Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Emre Mor daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray" və Yunanıstanın "Olimpiakos" klublarında da çıxış edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib