29 iyun 2022 08:13
749

"PSJ" Neymarı icarəyə vermək istəyir

Fransanın "Pari Sen-Jermen" futbol klubunun rəhbərliyi 30 yaşlı braziliyalı hücumçusu Neymara cari transfer pəncərəsində onu icarəyə verməyə hazır olduqlarını bildirib.

“İki sahil” xəbər verir ki, klub Neymarın icarə müddətində tələb etdiyi əmək haqqının hamısını ödəməyə hazırdır, ona görə də bu, keçidə maneə olmayacaq.