28 iyun 2022 13:21
759

Azərbaycanla Özbəkistan arasında münasibətlər yeni inkişaf mərhələsində

Azərbaycanla  Özbəkistan arasındakı ikitərəfli  və çoxtərəfli münasibətlər artan xətt üzrə inkişaf etməkdədir. İki dost, qardaş dövlətlərin və xalqların əlaqələrinin böyük tarixi keçmişi vardı. Hələ sovet dönəmində Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi vaxtlardan başlayaraq iki mütəffiq respubilkanın istər mədəni,istərsə də iqtisadi sahələrdə geniş əlaqələri movcud olmuşdu. Hər iki dost,qardaş ölkə öz dövlət mütəqilliyini elan etdikdən sonra bu əlaqələr daha da dərinləşdirildi.Ulu Öndər Heydər Əliyev  Özbəkistan Respubilkası ilə əlaqələrə xüsusi önəm verirdi və bu münasibət Özbəkistan  xalqı  tərəfindən yüksək həssaslıqla qarşılanır və qiymətləndirilirdi.Məhz bu yüksək münasibətin götəricisidir ki,Özbəkistan ermənilərin Azərbaycana hərbi təcavüzünə  etiraz əlaməti olaraq Ermənistanda səfirliyini açmamış  və diplomatik əlqələr qurmaqdan çəkinmişdir. Bu iki dövləti bir-birinə yaxın və doğma edən önəmli vaktorlar ortaq milli mənşəyə,dinə və oxşar taleyi mənsub olmaları ilə yanaşı hər iki dövlət başçılarının ən yüksək səviyyə qarşılıqlı münasibətləridir.
Cənab Prezident İlham Əliyevin geniş tərkibli  nümayəndə heyyəti ilə Özbəkistan Respubilkasına səfərini və bu səfər zamanı 20-ə  yaxın mühüm sənədin imzalanmasını iki dost,qardaş dövlətlər arasında münasibətlərin ən yüksək səviyyə qaldırılması kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyev başda olmaqla,gələn nümayyəndə heyətinin qarşılanmasından başlayaraq ,səfərin sonuna qədər  müşahidə olunan isti,doğma münasibətlər olduqca səmimi olmaqla yanaşı ,xalqlarımızın və dövlətlərimizin bir –birinə nə qədər yaxın olduğunun göstəricisidir.

Xalqımızın Umummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Özbəkistan Respubilkasının paytaxtı Daşkənd şəhərində onu barelyefinin açılışı,adına küçə,meydan verilməsi,istirahət parkının salınması Ulu Öndərimizin iki dost qardaş ölkə arasında əlaqələrin qurulmasında göstərdiyi xidmətlərə verilən yüksək qiymətin təzahürüdür.

Ən yüksək səviyyəli bu səfər zamanı imzalanmış sənədlər bütün sahələri əhatə etməklə Azərbaycanla Özbəkistan arasında münasibətlərin yeni mərhələnin başlanğıcı hesab edilə bilər .Səfərin yekunlarına həsr olunmuş birifinqdə hər iki dövlət başçısının imzalanmış sənədlərin mahiyyətinə diqqət çəkməklə nə qədər müsbət önəm daşıdığını imzalamış sənədlərin icrasının nəzarətdə saxlanılacğının ifadə edilməsi idi.Hər ayda bir dəfə icra ilə bağlı dövlət başcılarına məruzə olunacağının qeyd edilməsi yuxarıda qeyd olunanları təsdiqidir.Qarşıya qoyulan hədəf hər iki ölkə arasında ticarət dövriyyəsinin ən yüksək səviyyəyə çatdırılması ,iqtisadiyyatın ayrı-ayrı sahələrində yeni texnologiyaların tətbiqi,yeni müştərək müəssisələrin yaradılması,mədəniyyət və incəsənət sahələrində əməkdaşlığa önəm verilməsi və.s
Hər iki dövlətin geniş iqtisadi resusları iqtisadi sahədə yeni nəaliyyətlərin əldə olunmasına imkan verir.
azırki mürəkkəb siyasi mühitdə dost,qardaş ölkələrin bir-birinə starteji əlaqələrin qurulması həmin dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərən amildir və düzgün xarici saiaysət nəticəsidir.
Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün daxili və xarici siyasət Azərbaycanı daha yüksək səviyyəyə qaldıracaqdır.

Vahid Əliyev, 
Yap Xocalı rayon təşkilatının sədri