"Barselona" "Yuventus"un futbolçusu Matteyis de Liqti transfer etməklə bağlı fikrini dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Kataloniya təmsilçisi əvvəlcə 22 yaşlı hücumçunu almaq istəsə də, sonradan fikrindən daşınıb. "Yuventus" De Liqt üçün 100 milyon avro tələb edir. Bu isə "Baselona"nın rəhbərliyinin transferdən imtina etməsi ilə nəticələnib.
Qeyd edək ki, De Liqt geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 qolun ötürməsini verib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib