28 iyun 2022 11:32
852

Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir

Azərbaycan dövlətinin və xalqının maraqları naminə olan misilsiz xidmətləri, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fəqlənən Ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Doğma Vətənimiz-Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir soydaşımızın qəlbində böyük məhəbbətlə anılır, sevilir və əbədi olaraq yaşayacaqdır. Hələ 18 il bundan öncə Vətənimiz öz böyük oğlunu itirmişdir. Ancaq məlum olduğu kimi bu 18 ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Ona görə ki, həmin illər ərzində Heydər Əliyev siyasəti dogma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.

Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Yeni Azərbaycan Partiyası xalqın Partiyasıdır. Ona görə ki, Ulu öndərə müraciət edən (tarixdə “91-lərin müraciəti”) 91 nəfər şəxs xalqın ziyallı nümayəndələri idi. Onlar seçilmiş şəxslər olaraq məhz Azərbaycan xalqını təmsil etmişlər. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Amma 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət kimi saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, bu həmin dövr üçün Azərbaycanda yox idi. Ölkədə hərc-mərclik höküm sürür,acnacaqlı vəziyyət yaranır, Ölkəmiz müstəqil formada daxili-xarici siyasətini apara bilmirdi. Bu proseslərlə yanaşı Azərbaycan başqa dövlətlərin təsiri altında olmuşdur. Ölkənin iqtisadiyyatı tamamilə dağılmış vəziyyətdə idi. Əgər, tariximizin şanlı səhifələrindən biri olan 21 noyabr 1992-ci il tarixində Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaranmasaydı, bugünki müstəqil Azərbaycan Respublikası da var olmazdı. Yeni Azərbaycan Pariyasının yaranması ölkədəki gərgin ictimai-siyasi proseslerin məntiqi nəticəsi olmuşdur. Bənzərsiz YAP siyasəti Azərbaycanı uğurlu inkişaf və tərəqqi yoluna çıxarmışdır. Partiyamızın qurucusu dahi Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilmişdir. Ona görə də biz haqlı olaraq Heydər Əliyevi müasir Azərbaycanın qurucusu kimi qəbul edirik. Müstəqil Azərbaycan-Ulu öndərin tarix və xalq qarşısında gördüyü işlər içərisində ən böyük xidmətidir. 1993-cü ildə xalqımız ən ağır günlərdə Heydər Əliyevə müraciət edərək, onu hakimiyyətə dəvət etmişdir. Çünki, bundan öncə Heydər Əliyevin 1970-1980-ci illərdə də gördüyü işlər xalqın yaddaşında idi.

 Sadəcə müstəqillik dövründə deyil sovet dönəmində də Ulu öndərin xalqı üçün misilsiz xidmətləri olmuşdur. Bir ölkənin qüdrətli dövlət kimi formalaşması üçün hesab edirəm ki 3 böyük əsas amilin olması şərtdir. 1-ci: Ölkənin iqtisadiyyatı güclü olmalıdır.Əgər olmasa ölkə tənəzzülə məhkum olar. 2-ci: Ölkənin Ordu quruculuğu yüksək səviyyədə olmalıdır.Əks təqdirdə ölkə işğala və parçalanmaya məruz qala bilər. 3-cü: Ölkənin milli-mənəvi dəyərləri ön plana çəkilməlidir,dil,mədəniyyət,təhsil anlayışları mövcud olmasa və daha doğrusu yüksək səviyyədə təşkil olunmasa ölkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdır. Azərbaycan MDB dövlətləri içərisində sovet dövründə sonuncu-13-14-cü yerlərdə idi. Ulu öndərin böyük səyi nəticəsində ölkəmizin iqtisadiyyatı yüksək tendensiyalar üzrə inkişaf etdi və Azərbaycan qısa zamanda iqtisadi göstəricilərinə görə MDB dövlətləri arasında ilk üçlükdə qərarlaşdı. İkinci mühüm amilə aydınlıq gətirərək qeyd edim ki, Sovet dövründə bütün vətəndaşlarımız yaxşı bilirlər ki azərbaycanlılar hərbidə ya inşaat batalyonlarında işə cəlb olunur, ya da ki mətbəx işlərinə yönləndirilirdilər. İstəmirdilər ki, biz hərbi sirrləri öyrənək və hərbi kadrlarımız yetişsin. Ordu quruculuğu sayəsində ən mühüm hadisə Ulu Öndərin tapşırığı əsasında Cəmşid Naxçıvanski adına Ali-Hərbi məktəbin açılması məsələsidir ki, həmin dövrdən etibarən Azərbaycanda ixtisaslı, peşəkar kadrlar hazırlanmağa başladı. Bu günki güclü Ordumuz şükürlər olsun ki göz qabağındadır, nümunə olacaq qədər məğrur və sarsılmazdır. Üçüncü mühüm məsələ milli-mənəvi dəyərlərimiz,ziyallı nümayəndələrimiz,şair və yazıçılarımzla bağlıdır ki, hansı ki bizim milli dəyərlərimiz olan görkəmli şairlərimizi, ədiblərimizi, elm adamlarını 1937-ci ildə repressiyaya məruz qoyub sürgün edir,ağır işgəncələr verirdilər. Ancaq, məhz Heydər Əliyevin xüsusi diqqəti nəticəsində elm adamlarına, şair və yazıçılarımıza layiq olduqları dəyər, eyni zamanda fəxri adlar verildi. Milli dəyərlərimizdən, milli rəmzlərimizdən danışırıqsa əgər xüsusilə qeyd etməliyik ki, 1978-ci ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan SSR-nin konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili statusunu aldı. Bundan əlavə Ümummilli liderin qərarı ilə Azərbaycanın Milli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edildi. Bu hadisələr nəticə etibarilə ən ümdə vəzifələrin uğurla icra olunması idi. Azərbaycanın varlığını təsdiq edən əsas amillər olmuşdur. Biz bu tarixi faktları unutmammalıyıq.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı da Ulu öndər öz haqq və cəsarətli səsini ucaltmışdır. Kommunist partiyasından imtina edərək, sovet rəhbərliyinin bu cinayətlərini pisləmişdir. Xalqımızın maraqları naminə bütün qüvvəsini sərf edən Heydər Əliyev əsl liderlik keyfiyyətlətini bir daha nümayiş etdirmişdir. Həqiqətən də bunlar təbii olaraq onu gəstərir ki, ictimai-siyasi quruluşundan asılı olmayaraq Heydər Əliyev əsl lider, əsl öndər idi. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları təmin etmiş və həmin on  illik “1993-2003-cü illər Heydər Əliyevin Qızıl Onluğu” adı altında tariximizin şanlı səhifələrinə həkk olunmuşdur.

Azərbaycanın həmin dövrdə beynəlxalq nüfuzu artdı, ölkəmiz xüsusi hörmət qazandı. 1995-ci il 12 noyabr tarixində ölkəmizin vahid konstitusiyası qəbul edildi, 1995-ci il parlament, 1999-cu il isə bələdiyyə seçkiləri keçirildi. Hər iki seçkidə təmsil olunan və qalib gələn namizədlərin mütləq əksəriyyəti YAP-ı təmsil edən şəxslər olmuşdur. 1998-ci il ölüm hökmünün ləğv edilməsi Ulu öndərin insan və vətəndaş hüquqlarına verdiyi dəyər baxımdan ən böyük töhfə idi.

Həmin müdrik ideyaları və siyasi kursu layiqincə davam etdirən doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən indiyədək Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf ölkə kimi tarixə düşmüşdür. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə-Məhz 2003-cü ildən cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən müqəddəs YAP siyasətinin bariz nümunəsi olmuşdur. Azərbaycan bugün müasir,innovativ dəyişikliklərin olduğu rəqəmsal aləmdə kosmik ölkələrin üzvü kimi çıxış edir,eyni zamanda ölkəmiz dünyanın idman, multikultiralizm mərkəzlərindən birinə çevrilmişdir.

Müstəqil Azərbaycanın-Müstəqil vətəndaşları olan biz azərbaycanlılar, xüsusilə biz gənclər dahi Heydər Əliyev siyasətinə daim sadiq qalmalı və Azərbaycanın maraqları naminə öz vətəndaşlıq missiyamızı, xidməti vəzifə borcumuzu layiqincə yerinə yetirməliyik. Düşünürəm ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan ən müqəddəs, ən böyük abidə məhz elə bugünkü qüdrətli, müstəqil və sarsılmaz Azərbaycan Respublikasıdır. 

Tural İsmayılov,

YAP Yevlax rayon təşkilatının əməkdaşı