Özbəkistan Azərbaycan üçün Türk dünyasında ən yaxın dost və müttəfiq olan ölkələrdən biridir. Xüsusilə son dönəmlərdə siyasi münasibətlərdə müşahidə edilən inkişaf iqtisadi və ticarət əlaqələrinə də öz müsbət təsirini göstərmişdir. Son 5-6 ilə nəzər salsaq bunu; Azərbaycan və Özbəkistan arasındakı ticarət dövriyyəsinin dinamikasında, yüksək tendesiyalar üzrə olan artımlarda daha yaxşı görə bilərik. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti səviyyəsində nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində bir sıra iqtisadi əlaqələrin dərinləşməsinə dair müvafiq addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”-nin imzalanması hər iki dost, qardaş ölkənin birliyini bir daha təcəssüm etdirmiş oldu. Bununla yanaşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Məşğulluq və Əmək Münasibətləri Nazirliyi arasında Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumunun ,həmçinin digər mühüm əhəmiyyət kəsb edən sahələrdə saziş və müqavilələrin imzalanması Azərbaycan-Özbəkistan əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun sübutudur. Ümumilikdə Özbəkistan Azərbaycan əlaqələrinin ən yüksək inkişaf mərhələsinin başlanığıcı müasir, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1996-cı ilin oktyabr ayı ərzində Ümummilli liderimiz Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edərkən bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir.1997-ci ilin iyun ayında Azərbaycanın dahi lideri Heydər Əliyevin Özbəkistan Respublikasına olan rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. 1996-cı ildə Bakıda imzalandığı kimi, Daşkənddə də 19 sənəd imzalanmışdır. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Həmin dostluq münasibətləri Ulu öndər siyasətinin layiqli davmçısı cənab İlham Əliyev tərəfindən özünün Prezidentlik fəaliyyətinə başladığı ilk illərdən bugünə qədər ən yüksək səviyyədə davam etdirilir. Belə ki, 23-24 mart 2004-cü il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, həmçinin ölkələrimizi maraqlandıran bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 21 iyun 2022-ci il tarixində Özbəkistana olan növbəti səfər məhz möhkəm dostluq və qardaşlıq ənənələrinin davam etdirilməsi istiqamətində atılan mühüm addımdır. Daşkənd şəhərində “Heydər Əliyev Meydanı”-nın açılması Özbəkistanın Azərbaycanla olan sıx əlaqələrinin olmasının,liderlər arasındakı səmimi münasibətlərin və xüsusilə qeyd edilməlidir ki, müasir Azərbaycanın qurucusu, dövlətçilik ənənələrinin yaradıcısı olan dahi Heydər Əliyevə şəxsiyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar. Təsadüfi deyil ki, xalqı üçün mühüm əhəmiyyət kəsb edən və ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Tarixi və mədəni abidələri ziyarəti çərçivəsində cənab Prezident özünəməxsus gözəlliyi ilə məşhur olan və Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilən “Nurullaboy” saray kompleksində olmuşdur. Səfərinin sonunda mədəniyyət nümayəndələri ilə görüşü zamanı Daşkənddə,Xivədə və ümumilikdə Özbəkistanda səfərdə olmağından məmnunluğunu bildirən Ölkə Prezidentimiz cənab İlham Əliyev mühüm tarixi faktlara toxunaraq, Azərbaycan və Özbəkistan qardaşlığının əhəmiyyətindən danışmış, bizim həqiqətən də eyni dinə,mədəniyyətə və eyni kökə mənsub olmağımızı bir daha bəyan etmişdir.
Qarşılıqlı səmimi münasibətlər çərçivəsində keçən görüşlər və ümumlikdə Azərbaycanın digər dövlətlərlə də olan yüksək səviyyəli münasibətləri bir daha onu göstərir ki, bugün doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi müdrik xarici islahatlar kursu Azərbaycanı həm Türk dünyasında, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaşlıq, dostluq və humanizm prinsiplərinə əsaslanan güclü dövlətə çevirmişdir.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir