PSJ-nin hücumçusu Neymar özündən daha texnikalı hesab etdiyi futbolçuların adlarını açıqlayıb.
“İki sahil” goal.com-a istinadla xəbər verir ki, braziliyalı oyunçu bununla bağlı deyib: "Özümü müasir futbolun ən texnikalı oyunçularından biri hesab edirəm. Buna görə ad çəkmək mənim üçün çətindir. Məndən daha texnikalı futbolçulardan Messi, Hazard, De Brüyne, Verratti və Tiaqonun adını çəkə bilərəm".
Qeyd edək ki, Neymar ötən mövsüm Paris təmsilçisində 28 oyuna çıxıb, 13 qol vurub və 8 qolun ötürməsini verib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib