27 iyun 2022 22:23
874

Portuqaliyadan "Səbail" klubuna

"Səbail" növbəti transferini həyata keçirib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı təmsilçisi Qustavo Moreno de Françanı heyətinə qatıb. Braziliyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qustavonun son klubu Portuqaliya 2-ci liqa təmsilçisi "Leyşoynş" olub.