“Sumqayıt”ın məşqçilər korpusunda yeni təyinat olub.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-2020-ci illərdə komandada çıxış edən Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt"la yanaşı “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə 1-ci divizionun gümüş medallarına yiyələnib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib