27 iyun 2022 15:43
813

"Neftçi" legioneri ilə yolları ayırdı

"Neftçi" futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”də 28 oyun keçirib, 7 qol vurub.