"Barselona"nın futbolçusu Frenkie de Yong "Mançester Yunayted"ə keçməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. İngiltərə təmsilçisi artıq "Barselona" ilə razılaşıb. "Mançester Yunayted" bu keçidə görə qarşı tərəfə 80 milyon avro ödəyəcək. Klub ümid edir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bir həftə ərzində müqavilə bağlanacaq.
Niderlandlı oyunçu isə bu transferə o qədər də müsbət yanaşmır.
Qeyd edək ki, De Yonq geridə qalan mövsüm 32 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib