"Mançester Siti"nin komandadan ayrılmağa hazırlaşan kapitanı Fernandinyonun yeni klubu məlum olub
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı yarımmüdafiəçi karyerasını "Atletiko Paranans"da davam etdirəcək. O, Braziliya təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.
Maraqlıdır ki, daha əvvəl Fernandinyonun gedişi xəbəri “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün sürpriz olub. O, bu məlumatlar haqqında deyib: “Bundan xəbərim yox idi, mənim üçün sürprizdir. Görək, mövsümün sonunda nələr olacaq. Nə olacağını bilmirəm”.
Xatırladaq ki, Fernandinyo 2013-cü ilin yayında 40 milyon avroya Donetsk “Şaxtyor”undan “Mançester Siti”yə keçmişdi.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib