Astara rayon Boks Mərkəzində təşkil olunan “26 iyun - Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibətilə idmançılarla görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov çıxışı etdi:- İndiki zamanda bəşəriyyətin ən ağrılı problemi hesab olunan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Bundan uzaq düşmək üçün idmançılar öz həmyaşıdlarına nümunə olmalı, belə tanıdıqları varsa, onları idmana, sağlam həyat tərzinə yönəltməli, öz qazandıqları uğurlar hesabına Vətənə xidmət etməlidir.
Daha sonra Astara rayon Boks Mərkəzinin direktoru A. Baxşıyev rayonun boksçuların Azərbaycan və Avropa çempionatında fərqlənərək, yüksək nəticələr qazanmasını dedi, tanıdığı yeniyetmə və gənclərdə öz nəticələri ilə bu idman növünə həvəs yaratmağını bildirdi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib