Min illər boyu bir çox xalqlar torpağını, dövlətini, milli əlamətlərini itirərək tarix səhnəsindən yoxa çıxmışdır. Azərbaycan xalqının bu günə öz ərazisi, dövləti, dili və mədəniyyəti ilə gəlib çıxması tarixi xoşbəxtlik kimi babalarımızın yurd sevgisindən, torpağı qoruyub saxlamasından güc almışdır.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi dönəmdə isə ordumuz daha da gücləndi və demək olar ki, yenidən quruldu. Ordu quruculuğunun inkişafı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Elə bunun nəticəsidir ki, ordumuz cəmi 44 gündə 30 illik düşmən əsarətində olan torpaqları azad etdi. Dünya hərb tarixinə adını qızıl həriflərlə yazdı.
Ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.
Ordunun infrastrukturunun yenilənməsi, kadr hazırlığının dünya təcrübəsi səviyyəsinə qaldırılması, şəxsi heyətə qayğının daha da artırılması. qoşunları döyüş hazırlığına yeni tələblərin irəli sürülməsi ordunun döyüş qüdrətini yüksəltdi. Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf etmək məcburiyyətində qaldılar. Yenidən elmi-nəzəri əsaslar üzərində qurulmasına ulu öndər Heydər Əliyevin prezidentliyi illərində başlanan Azərbaycan Ordusu dünyanın 50 güclü orduları sırasında yer tutdu.
Dövlət başçısı İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində Milli Ordumuz daha da təkmilləşir, ən müasir hərbi qüvvə kimi güclənir. Azərbaycanın Silahlı Qüvvələri müstəqil dövlətimizin etibarlı müdafiəçisi, xalqımızın qüdrətli güvənc yeri, sonsuz qürur mənbəyidir.
Bizim ölkəmiz odlar yurdudur . Sınaqlardan əzimlə keçən günəşli bir ölkədir. Sizin uğurunuz rəşadətinizdir. Əsgərimiz , əzimimiz , ən böyük sevgimiz vətənə olan məhəbbətimizdir. Siz xalqımızın qüruruna, rəşadətinə keşiş çəkirsiz. Siz güclü Azərbaycan Ordusunun əsgərisiz. Vətəninizdən güc alan, sərkərdənizə güvənən, bayrağınızla qürur duyan əsgərlərsiz. Siz keçmişimizin şərəfini, gələcəyinizin ləyaqətini qorumaq üçün bir sırada dayanıb silaha sarılmısız. Azərbaycan əsgəri siz Azərbaycanın şərəfisiz! Azərbaycanın ərazisinin bütövlüyünün, Çingizi, Mübarizi, Poladı və yüzlərlə şəhidlərin intiqamını alansız!
Xəyalə Mustafayeva,
Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir