Hər bir xalqın keçmişi onun əsl kimliyidir.Bu baxımdan xalqımız dünyanın ən ulu,güclü,yenilməz xalqları sırasındadır.Belə ki,keçmişə nəzər saldıqda qəhrəmanlıqlarla dolu şanlı bir tarix görürük.O şanlı tarix ki,bu günümüzə işıq salır.Qəhrəman xalq qəhrəman nəfərlər yetişdirir.Biz bunun 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq.Qalib ordumuz Zəfərə gedən yolda mətn addımlarla,büdrəmədən irəlilədi.Müzəffər Ali Baş Komandanın güclü ordu,güclü dövlət prinsipinə əsaslanan ordu quruculuğu sahəsində gördüyü tədbirlər Vətən müharibəsi gedişində özünü açıq-aşkar göstərmiş oldu.Müasir silahlarla təchiz olunmuş ordumuz dünyanın ən güclü orduları sırasında yer ala biləcək qüdrətə malik olduğunu dünya ictimayətinə göstərmiş oldu.
Ərazi bütövlüyünün bərpa edilməsi işğala məruz qalmış bir dövlət üçün ən ümdə məsələdir.Bu həm xarici siyasətdə,həm daxili siyasətdə özünü büruzə verir.Biz bunu 44 gün ərzində döyüş meydanında ordumuzun göstərdiyi rəşadətlə anlamış olduq.Ordumuz dünya hərb tarixinə şanlı səhifələr yazdı.Bu gün dünyanın aparıcı hərbi məktəblərində 44 günlük müharibədə istifadə edilən hərbi taktika və gedişatlar araşdırılır və öyrənilir.Silahlı Qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi sayəsində son 200 illik tarixin ən şərəfli səhifələrindən biri yazılmış oldu.
Ard-arda rayon mərkəzlərinin,kənd və qəsəbələrin düşmən tapdağından azad edilməsi güclü prezident,yenilməz ordu,qəhrəman xalq birliyinin döyüş meydanındakı təcəssümü idi.Qədim yurd yerimiz,Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edilməsi isə "güclü Ermənistan ordusu"mifinin sonu,yenilməz Azərbaycan ordusu reallığının bir daha təsdiqini tapması oldu.Şuşanın azad edilməsi düşməni təslim olma aktını imzalamağa məcbur etdi.30 ildən bəri intizarında olduğumuz qələbə sevincini bizə yaşadan Şanlı ordumuz dövlətimizi qalib dövlətlər sırasına ucaltdı.Bu gün Vətənimizin hər bir qarış torpağı rəşadətli ordumuz tərəfindən göz bəbəyi kimi qorunur.Bizlər O igidlər sayəsində qalib və məğrur xalqıq.
Zəfər sevincini bizə yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına,Ordumuzunun hər bir əsgər və zabitinə dərin təşəkkür edirik.Qanları ilə Zəfər tarixi yazan şəhidlərimizin ruhu qarşısında baş əyirik.Hər bir zamanın yetişdirdiyi qəhrəmanlar olur.Sizlər də bu günümüzün qəhrəmanlarsınız Qalib Ordumun yenilməz əsgərləri.Azərbaycan xalqı sizlərlə fəxr edir.Var olun!

Ayşən Dadaşova,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir