27 iyun 2022 12:32
885

Azərbaycanda ordu quruculuğunun başlanması Ulu Öndərin adı ilə bağlıdır

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri,zəmanəmizin nadir şəxsiyyəti,bütün ömrünü xalqın xoşbəxtliyinə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan ordusunun qurulması,inkişafı Heydər Əliyevin yorulmaz fəaliyyətinin,siyasi uzaqgörənliyinin nəticəsidir.Dünya miqyasında çox az şəxsiyyət tapılar ki,Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun,xalqı tərəfindən belə uzun müddət etibara layiq görülsün,özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki,indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki,bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi,hərb tarixinin canlandırılması Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı,insanlarda orduda yeni bir münasibət yarandı,əvvəlki dövrlərdə orduya olan etimadsızlıq ,nigarançılıq aradan qaldırıldı,ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı,xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı,umummilli dəyər aldı,ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.

Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C .Naxçivanski adına hərbi məktəb yaradılmışdır . O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacağ məktəbin yaradılmasına o vaxtki SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını desələr də,Heydər Əliyevin uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır.Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb siyasətinə marağın güclənməsinə gətirib çixarmışdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf dövrün yaşayır.Silahlı qüvvələrimiz daha da modernləşdirilib ,ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Günəş İbayeva, 
üzuli rayon 59 nömrəli tam orta məktəbin musiqi müəllimi