27 iyun 2022 11:37
842

“Roma” və “Marsel” Rusiyada oynayan braziliyalıya elçi düşüb

Rusiyanın “Zenit” klubunun yarımmüdafiəçisi Klaudinyo karyerasını Avropanın daha iddialı klublarında davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə idman jurnalisti Maurio Sezar xəbər yayıb.

Jurnalistin iddiasına görə, 25 yaşlı braziliyalını “Roma” və “Marsel” öz heyətlərində görmək istəyir.

Daha əvvəl isə Klaudinyo ilə “Benfika”nın maraqlandığı bildirilirdi.