26 iyun 2022 22:19
842

Dias "Real"dan getmək istəyir

"Real"ın futbolçusu Mariano Dias komandadan ayrılmağı planlaşdırır.

"İki sahil" xəbər verir ki, dominikanlı hücumçu Madrid klubu ilə gələn ilin yayına qədər olan müqaviləsini pozmaq istəyir. O, meydana az çıxmasından narazıdır.

"Real"ın yetirməsi olan Dominikan millisinin üzvü ilə "Lion", "Fənərbaxça" və bir neçə İspaniya klubu maraqlanır.