"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.
32 yaşlı hücumçu karyerasını İranda davam etdirəcək. Milli komandamızın üzvü "Fulad" klubuna keçib. Məlumatı Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qol.az
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib