“Qalatasaray” yeni baş məşqçisi Okan Buruku təqdim edib.
“İki sahil” xəbər verir ki, bu gün Ali Sami Yen İdman Kompleksində (“Nef” stadionu) 43 yaşlı çalışdırıcının imzalanma mərasimi keçirilib.
Doğma komandası ilə 1+1 illik müqavilə imzalayan Buruk yeni mövsümdə hədəflərinin yalnız çempionluq olacağını söyləyib. O, futbolçu heyətində bir sıra dəyişiklik ediləcəyini, xüsusən də, yarımmüdafiə xəttinə transferlər olacağını açıqlayıb.
“Qalatasaray” Okan Burukun rəhbərliyi altında ilk məşqinə iyunun 27-də çıxacaq.
Qeyd edək ki, İstanbul təmsilçisi ispaniyalı baş məşqçi Domenek Torreni bu günlərdə istefaya göndərib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib