Dünyada tarix haqqında yazanlar çox tarixi yaradanların sayı isə azdır. Tarixi yaradan insanlar dünya durduqca yaşayır, əbədilik qazanır. Zəmanəmizin ən böyük şəxsiyyəti olan Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biridir.Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti , məhəbbəti, uzaqgörənliyi, müdrikliyi, humanistliyi, siyasi qüdrəti ilə Azərbaycanın milli sərvətidir.Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycanın, dünyanın tarixinə daxil olmuş siyasi xadim, əvəzolunmaz dahi şəxsiyyətdir. Heydər Əliyev Yeni, Müstəqil Azərbaycanın qurucusudur. Məhz 1969 – cu ildə Heydər Əliyevin Respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın sürətli inkişaf dövrü başladı. Qısa vaxt ərzində onun başçılığı ilə Azərbaycan şəhərlərində mühüm sənaye müəssisələri tikildi. Təsərrüfat, elm, təhsil, səhiyyə,mədəniyyət sahəsində qətiyyətli islahatlar keçirildi. Ulu Öndər Heydər Əliyev ölkədə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahələrin inkişafına böyük qayğı ilə yanaşırdı.
Ulu Öndər Heydər Əliyev həmişə ən ağır günlərdə xalqın yanında olmuş, xalqın səsinə səs vermişdir.1990 – cı il “20 YANVAR” faciəsinin ertəsi günü Heydər Əliyevin bütün risklərə baxmadan Azərbaycanın Moskvadakı nümayəndəliyinə getməsi, Mixail Qorbaçovun siyasətini ciddi tənqid etməsi, onu günahlandırması hər bir azərbaycanlının yadındadır və heç vaxt yaddaşlardan silinməyəcək. Ulu Öndər Heydər Əliyev Moskvadakı çıxışında 20 YANVAR faciəsini antidemokratik , humanizm prinsiplərinin pozulması kimi qiymətləndirmiş, bu qanlı qətliamı pisləmiş, kütləvi informasiya vasitələrinin qarşısında Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmışdır.Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanda uzun müddət davam edən xaosu, özbaşınalığı aradan qaldırdı, vətəndaş müharibəsinin qarşısını aldı. Bununla da 1993 – cü il 15 iyun tarixində Yeni, Müstəqil Azərbaycanın tarixi əsasını qoydu. Qısa müddətdə ölkədə əmin-amanlıq, siyasi sabitlik bərpa olundu. Ümummilli Lider Heydər Əliyevin özünəməxsus, düzgün siyasi idarəetmə qabiliyyəti böhrana son qoydu. Xalqımızın bütövlüyü , həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğu öndə durur. Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir olan silahlı qüvvələrin yaradılması başlandı. Torpaqlarımızın müdafiəsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düzgün siyasi-diplomatik danışıqların nəticəsində 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən Atəşkəs əldə edildi. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordumuz daha da güclənmiş, 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımız düşmən tapdağından azad edilmiş, 30 illik həsrətə son qoylmuşdur.
Heydər Əliyev siyasətinin qətiyyətli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən inkişaf edən, regionda öz sözünü deyə bilən hegemon bir dövlətə çevrilmişdir. Bu gün bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi hörmətlə,sevgi ilə xatırlayır, Prezidentimiz İlham Əliyevə inanır və onunla qürur duyur.
Aynurə Hacıyeva,
22 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim oftalmoloqu
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir