24 iyun 2022 12:59
661

Daşkənddə Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan-Özbəkistan qardaşlığının təzahürüdür

Hər bir xalqin tarixində özünəməxsus rolu olan layiqli rəhbəri olur. Müstəqil dövlət qura bilən millətlər isə daxilindən lider siyasətçi yetiştirir. Azərbaycan xalqı çox böyük və müdrik xalqdır .Xalqımız kecən əsrin 90-cı illərin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimyyətə gəlməsinin zəriruriliyini dərk etdi və sonra ona nail oldu . Bunula müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev müstəqil Azerbaycan dövlətçiliyinin inkişafinda müstəsna xidmətlər gostərdi . Bütün dünya gördu ki , Azerbaycan yüksək iradə ,inam , ağil və sistemliliklə çətinliklərdən çixib , inkişafın zirvəsinə qalxır . Ulu Öndər Heydər Əliyev lider kimi verdiyi vədlərin hər birinə dəqiq əməl edib . Onunla danışıqlar aparan hər bir siyasi lider bu özəliyi ayrıca vurğulayır . Sözun bütovlüyü hər bir siyasi lider üçün çox önəmlidir, çünki bunula onun etibarlılıq səviyyəsi müəyyən edilir . Təbii ki, belə bir keyfiyyətə yalnız yüksək siyasi iradəsi olan insanlar malik olurlar . "Əsrin müqavliəsi" nin bas tutması , Bakı -Tbilisi- Ceyhan layihəsinin realaşması Heydər Əliyevin yüksək siyasi iradəsi hesabina mümkün oldu .

Heydər Əliyevin ABŞ Avropa ölkrələri , Rusya ,Türkiyə , İran , Çin və digər dövlətlərə etdiyi hər bir səfər münasibətlərdə yeni mərhələnin əsasını qoyurdu . Bir zamanlar Azərbaycana yuxarıdan aşağıya baxanlar Heydər Əliyevin səyi nəticəsində strateji tərəfdaşa çevrildilər . Ulu Öndər Heydər Əliyev 1995-ci il Oktyabrın 22-də Nuy Yorkda BMT Baş Məclisininn xüsusu təntənəli iclasında Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan etmişdir ki ,biz yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik, biz sülh istəyirik.

Bəllidir ki, bu gün ölkəmiz yeni reallıqlar dövrünü yaşayır. Vətən müharibəsindəki qalibiyyət həm də yeni münasibətlər mühiti yaratdı. Azərbaycana olan müsbət maraqlar artdı, ölkəmiz regionda əsil söz sahibinə çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diplomatiyamız yeni-yeni uğurların əsasına çevrildi. Yeni yaranan münasibətlər sistemində dost və qardaş ölkələrlə əməkdaşlıqlar da yeni və daha da inkişaf etmiş müstəviyə keçdi. Bu ölkələr sırasında Özbəkistan dövlətinin də özünəməxsus yeri var. Ortaq mədəniyyət bağlılığı olan Azərbaycan və Özbək xalqları öz dost və qardaş münasibətlərini bu gün də uğurla davam etdirir. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev də qardaş özbək xalqına hər zaman böyük hörmət və məhəbbət bəsləmişdir. Sevinirik ki, bu hörmət, məhəbbət yaşamaqdadır. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həmdə xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Unutmamalıyıq ki, qazandığımız hər bir uğurun, eləcə də xarici siyasətdə əldə etdiyimiz nailiyyətlərin mənbəyində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Çünki, bugünkü uğurların əldə edilməsinin təməli məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulub. Bu gün ölkəmizin əmin-amanliq, sülh şəraitində yaşamasının bilavasitə və xarici dövlətlərdə mühum yer tutmasının səbəbkarı Ulu Öndər Heydər Əliyev olmuşdur . Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə qurub yaratdığı Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin tərəfindən tükənməz inam, etibar və məharətlə idarə olunur .

Şöhrət İmanov, 
Füzuli rayon 26 nömrəli tam orta məktəbin direktor müavini