Tarix Ulu öndərimiz HEYDƏR ƏLİYEV kimi insanları yüz ildən bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi,tərəqqisi təmin edildi,millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Müstəqil dövlətimizin təşəkkür tapmasında şübhəsiz ki ən böyük xidmət Ümummilli liderimiz dünya miqyaslı dahi şəxsiyyət HEYDƏR ƏLİYEVƏ məxsus olmuşdu. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız Ulu öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurcusu və memarıdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider HEYDƏR ƏLİYEVİN mənalı həyat yolu zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycanda intibah və milli şüarın oyanışı HEYDƏR ƏLİYEVİN hakimiyyətə gəlişi ilə başlamış müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti,dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bugün də müstəqil ölkəmiz məhz HEYDƏR ƏLİYEVİN müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamlı addımlar atır. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Ulu Öndər HEYDƏR ƏLİYEVİN qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərdə sübut edib.Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib.
Eyni zamanda Cənubi Qafqazda yaranmış yeni iqtisadi və geosiyasi reallıqların müəllifi kimi Azərbaycanın beynəlxalq nüfuzu da durmadan artır. Əlbəttə ki, bütün bunlar hər birimizi fərəhləndirir və ölkəmiz, xalqımız naminə daha yaxşı çalışmağa ruhlandırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı diplomatik uğurlar hər birimizin sevinc və qürur mənbəyimizdir. Ölkə başçımızın Özbəkistana səfəri, bu səfər çərçivəsində imzalanan Bəyannamə, ölkələrimiz arasında dostluq və qardaşlıq bağlarının daha da möhkəmlənməsi hər bir azərbaycanlı kimi bizi də sevindirir. Ortaq tarixi köklərə, mədəniyyətə malik olduğumuz özbək xalqı ilə dotluq, qardaşlıq münasibətlərimizin yeni və daha da inkişaf etmiş müstəvidə əbədi yaşayacağına əminik. Bir müəllimə olaraq, Özbəkistan dövləti tərəfindən Füzuli şəhərində məktəb inşa olunacağı xəbərini də böyük sevinc və fərəhlə qarşıladım. Bu addım dostluğumuzun, qardaşlığımızın daha bir rəmzi və sübutudur.

Kəklik Abdullayeva,
Füzuli rayon 37 saylı ümumi orta məktəbin tarix müəlliməsi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir