44 günlük Vətən müharibəsi nəticəsində qazanılan böyük Zəfər ölkəmizə olan müsbət maraqları artırmaqla yanaşı, regionda yeni reallıqlar, yeni münasibətlər üçün münbit şərait yaratdı. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Hazırda dost ölkələrlə münasibətlər daha da inkişaf edir, əməkdaşlıqlar daha da sıxlaşır.
Ölkəmizin sıx əməkdaşlıq etdiyi, dostluq və qardaşlıq münasibətində olduğu dövlətlərdən biri də Özbəkistandır. Ölkələrimiz arasında bu günkü inkişafın təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafdaböyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Odur ki, münasibətlərimiziQarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.
Dost və qardaş dövlət olaraq Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Hazırda postmüharibə dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri aparır. Sevindirici haldır ki, işğaldan azad edilmiş digər ərazilər kimi bizim rayonun ərazisində də geniş tikinti-quruculuq və bərpa işləri uğurla davam etməkdədir. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. Bu irimiqyaslı layihə beynəlxalq xarakterlidir və nəinki rayonumuzun ümumilikdə regionun gələcək inkişafında mühüm əhəmiyyət kəsb edir.
Artıq istifadədə olan Füzuli yarımstansiyası işğaldan azad edilmiş ərazilərin enerji təminatında vacib rol oynayır. Füzuli şəhərinin Baş planı təstiqlənib. Rayonumuzun ərazisində yol-nəqliyyat infrastrukturu müasir standartlara uyğun olaraq qurulur. Zəfər yolu artıq sərnişinlərin istifadəsindədir. Xüsusi strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərində dost və qardaş ölkələr Azərbaycanla əməkdaşlıq edir, bərpa işlərinə öz töhvələrini verirlər. Özbəkistan dövləti isə öz növbəsində Füzuli şəhərində məktəb tikintisinə qərar verib. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq. Təhsil sahəsində çalışan bir pedaqoq kimi bu addım məni çox sevindirir. Əminik ki, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da inkişaf edəcək, eləcə də yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Özbəkistan dostluğu əbədi və möhkəm olacaqdır.
Nazimə Şamıyeva,
Füzuli rayon M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnazıyanın direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir