24 iyun 2022 00:04
925

Rəşadətli Azərbaycan Ordusu hər bir təhdidə layiqli cavab vermək iqtidarındadır

Şanlı ordumuzun yaranmasından 104 il keçir. 1918-ci ilin 26 iyun tarixində yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti həm də milli ordu quruculuğuna məhz həmin tarixdə qərar vermişdi. Azərbaycan Ordusunun yaranmasının 104-cü ili olmasına baxmayaraq, artıq dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb edib. Hal-hazırda ordumuzla NATO üzvü olan ən qüdrətli dövlətlər belə maraqlanırlar. Bunun səbəsi isə 44 günlük Vətən savaşında bir möcüzə kimi qələbə çalmış ordumuzun uğurudur.

Azərbaycanın Müzəffər Ordusu bu gün dünyada bir örnəkdir. Heç şübhəsiz ki, bu da Ali Baş Komandan İlham Əliyevin zəkasının məhsuludur. O, ötən illər ərzində çox təmkinlə və ustalıqla Azərbaycan Ordusunun bugünkü Müzəffər hala gəlməsi üçün çalışdı və Azərbaycan xalqı qalib ölkə olaraq öz şanlı tarixinə Qələbə yazdı.

Sözsüz qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan zavodları istehsal etdiyi hərbi məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edirlər. Hazırkı dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir.
Bunun nəticəsidir ki, ordumuzun hərbi-texniki potensialı güclənib, post-müharibə dövründə ordumuz daha da müasirləşib. Ordumuzun güclü olması daxili sabitliyimizin də təminatçısıdır.

Qısaca olaraq, onu deyə bilərik ki, ordumuzun qarşısında bu gün heç bir güc dayana bilməz. Rəşadətli Azərbaycan ordusu hər an hər bir təhdidə layiqli cavab vermək iqtidarındadır.

Təranə Hacıyeva,
3 saylı UGYM-in əməkdaşı