Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, -50 kq. çəkidə Məhəmməd Məmişov ermənistanlı rəqibi Qor Safaryan üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc mükafatçısı olub.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib