23 iyun 2022 21:57
828

Xalqımızın qəlbində əbədi yaşayacaq Lider

Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra keçmiş SSRİ məkanında baş verən siyasi proseslər SSRİ-nin süqutu ilə nəticələndi. SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublika, o cümlədən Azərbaycan özünün dövlət müstəqilliyini elan etdi. Lakin müstəqilliyini elan etmiş Azərbaycanda o dövrdəçox mürəkkəb ictimai-siyasi, hərbi və iqtisadi mühit mövcud idi. Artıq torpaqlarımızın bir hissəsi erməni silahlı quldur dəstələri tərəfindən işğal edilmiş, respublikada çoxsaylı qaçqın,köçkün ordusu yaranmışdı. Hadisələrin mahiyyətini düzgün qiymətləndirə və qabaqlayıcı tədbirlər görə bilməyən o dövürkü siyasi hakimiyyət prosesləri idarə edə bilmir,hadisələrin arxasınca sürüklənirdi. Onlar üçün yaranmış münbit şəraitdən istifadə edən ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal edir, dinc əhaliyə divan tutur, öz xislətlərinə uyğun vəhşiliklər törədirdilər.

Vəzirov, Mütəllimov Moskvanın buyruqqulu rolunda çıxış edərək “mərkəzdən” gələn tapşırıqları yerinə yetirməyə, özlərini demokratik qüvvələr adlandıranlar isə nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışırdılar. Zərbə isə xalqa, vətənə dəyirdi. Yuxarıda qeyd etdiyim kimi torpaqlarımız işğal olunur, soydaşlarımız ata-baba yurdlarından didərgin düşür, mahiyyətcə bir-birindən fərqlənməyən hakimiyyət dəyişikliyi gedirdi.

1990-cı ildə Ayaz mütəllimov iqtidarı ilə “demokratik qüvvələr”adlananların sövdələşməsi əsasında formalaşmış parlament qanunverici orqandan daha çox intiriqa məkanı, sözdöyüşü yerinə çevrilmişdi. Prosesləri düzgün qiymətləndirib,qabaqlayıcı tədbirlər görüb,xalqın dəstəyini alıb milləti və vətəni xilas etmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparılırdı. Azərbaycanın müstəqil dövlət olmasını istəməyən xarici qüvvələr də öz əlaltılarından məharətlə istifadə edərək respublikanı siyasi burulğanlar “bataqlığına” çevirmişdilər. Siyasi sabitlik pozulmuş, iqtisadiyyat iflic olmuş, dövlət idarəetmə sistemi çökmüş, ayrı-ayrı siyasi maraqlara xidmət edən silahlı dəstələr formalaşdırılmışdı. Vətən, millət.ümumxalq maraqları məvhumu heçə endirilmişdi. Ölkə vətəndaş müharibəsi ilə üzləşmiş, bu azmış kimi respublikanın ayrı-ayrı bölgələrində separatçı qüvvələr meydana çıxaraq Azərbaycanı parçalamaq istiqamətində aktiv fəaliyyətə başlamışdılar.Cənubda Əlikram Hümbətovun başçılığı ilə “Talış Muğan Respublikası”, şimalda Sadval,Zakatala-Balakəndə Əli Ansuxski və s. Demək olar ki, Azərbaycan qonşu dövlətlər arasında bölüşdürülmüşdü və hansı ərazilər ,hansı dövlətə düşəcəkdi o da bəlli idi. Belə bir şəraitdə xalqımızın düşünən insanları, nurlu ziyalıları olduqca düzgün mövqe sərgiləyərək Ümummilli Lideri Heydər Əliyevə müraciət etdilər. Ulu Öndərimiz Azərbaycanın başının üstünü qara buludların aldığını nəzərə alaraq Naxçıvandan Bakıya gəlməyi məqsədəuyğun hesab etdi. O Bakıya gəldikdən dərhal sonra Gəncəyə iki səfər etməklə vətəndaş müharibəsinin qarşısını aldı. O dövrdə hakimiyyətdə olan AXC- Müsavat iqtidarının təmsilçilərini Surət Hüseynov təhlükəsindən xilas etdi.

AXC- Müsavat iqtidarı təmsilçiləri Ulu Öndər Heydər Əliyevə minnətdar olmaq əvəzinə, pozuculuq fəaliyyətinə üstünlük verdilər.İdarəetmə sisteminə yeni anlayış gətirdilər, mən vəzifəmi dondururam. Sanki vəzifə bunların atalarının malıdır,soyuducuya qoyub dondururlar, vaxtı gələndə soyuducudan çıxarıb istifadə edəcəklər. Prezident adlandırdıqları Əbülfəz Əliyevdə vəzifəsini “donduraraq” doğulduğu Kələki kəndinə qaçdı. Məcburiyyət qarşısında qalan Azərbaycan Respublikasının Ali Soveti 24 iyun 1993-cü il tarixli qərarı ilə Prezidentin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Böyük dövlətçilik təcrübəsinə, qətiyyətli qərarlar qəbul etmək bacarığına malik olan Ulu Öndərimiz Heydər Əliyev,xalqı öz ətrafında sıx birləşdirərək respublikada cərəyan edən prosesləri öz nəzarəti altına ala bildi. Qısa müddətdə içtimai sabitlik bərqərar olundu, başıpozuq silahlı dəstələr ləğv edildi, Vahid komandanlığa tabe olan nizami ordunun əsası qoyuldu, dövlətidarəetmə sistemi formalaşdırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, Azərbaycanı parçalamaq meyilləri aradan qaldırıldı, cəbhədə ermənilərə tutarlı zərbələr edildi və onlar atəşkəsə razlıq verməyə məcbur edildi.

Ulu Öndərimiz müasir, müstəqil Azərbaycanın memarı və qurucusudur. Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi bütün uğurların özülündə ulu Öndərimizin gərgin əməyi, böyük dövlətçilik təcrübəsi, qətiyyətli mövqeyi, vətəninə və xalqına sevgisi, xalqı tərəfində sevilməsi və müəyyənləşdirdiyi siyasi kurs dayanır. Ulu Öndərimizin xalqımmız qarşısında mühüm xidmətlərin ən başlıcalarından biri də özündən sonra siyasi varis yetişdirməsidir.Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nə qədər Azərbaycan var, Ulu Öndərimiz Heydər Əliyev xilaskar rəhbər kimi xalqımızın qəlbində əbədi yaşayacaq.

Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri