Milli komandaların FİFA reytinqi açıqlanıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.
Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.
Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.
Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib